...

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 21 Aprel 2022 00:47 (UTC +04:00)
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Bakı. Trend:

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Trend xəbər verir ki, bununla bağlı müvafiq bildiriş çərşənbə günü ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Məlumata görə, sanksiyalar "Transkapitalbank", eləcə də onunla əlaqəli "İnvesttorqbank"-a qarşı tətbiq edilib.

ABŞ administrasiyasının məlumatına görə, Rusiyanın “Otkrıtie” bankı ilə əlaqəli olan 16 nəfər də sanksiyala tətbiq edilib.

Bundan əlavə, ABŞ Dövlət Departamenti 600-dən çox Rusiya vətəndaşına qarşı viza məhdudiyyəti qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti