...

"Tesla" sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır

Dünya xəbərləri Materials 21 Aprel 2022 20:03 (UTC +04:00)
"Tesla" sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın "Tesla" şirkəti özünün elektromobilləri əsasında sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu "Tesla"nın rəhbəri İlon Mask şirkətin fəaliyyətinin 2022-ci ilin birinci rübü üzrə yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "robotaksi" xidmətinin 2024-cü ildə işə düşməsi nəzərdə tutulur.

Qeyd olunur ki, bu xidmətdə "Tesla"nın tam avtomatlaşdırılmış, sükan və pedalları olmayan elektromobilləri istifadə olunacaq.

İ.Mask 2024-cü ilədək həmin avtomobillərin kütləvi istehsalına başlamaq niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti