...

Makron prezident seçkilərinin ikinci turunu Fransanın gələcəyi ilə bağlı referendum adlandırıb

Dünya xəbərləri Materials 23 Aprel 2022 03:05 (UTC +04:00)
Makron prezident seçkilərinin ikinci turunu Fransanın gələcəyi ilə bağlı referendum adlandırıb

Bakı. Trend:

Aprelin 24-də keçiriləcək prezident seçkilərinin ikinci turu Fransanın gələcəyi ilə bağlı referendum olacaq.

Trend xəbər verir ki, bunu ikinci müddətə namizədliyini irəli sürən Fransa prezidenti Emmanuel Makron seçkiqabağı son müsahibəsində deyib.

"Bu, Fransanın gələcəyi ilə bağlı referendum olacaq", - deyə E.Makron bildirib. Onun sözlərinə görə, 2016-cı ildə ABŞ-da milyonlarla seçici niyə prezident seçkilərində səs verməli olduqları ilə suallar verirdilər, lakin Donald Tramp seçildikdən bir gün sonra onlar peşman oldular.

"Fransızlar öz dəyərlərinə və ölkənin gələcəyinə münasibətdə bir-birindən əsaslı şəkildə fərqlənən proqramlar arasında seçim etməli olacaqlar. Bu, Avropada qalıb-qalmamaq arasında seçimdir. Aİ proqramlarından çıxmaqdan söhbət gedirsə, bu, Aİ-dən çıxmaq deməkdir", - deyə E.Makron bildirib.

Fransa prezidenti vurğulayıb ki, seçkilərdə iştirak etməmək fransızlar üçün mənfi nəticələrə gətirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti