...

Əfqanıstanda məsciddə baş verən partlayışda ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 22 Aprel 2022 22:26 (UTC +04:00)
Əfqanıstanda məsciddə baş verən partlayışda ölənlərin sayı artıb

Bakı. Trend:

Əfqanıstanın Gündüz əyalətinin İmam Sahib rayonunda yerləşən məsciddə partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə "Aamaj News" agentliyi xəbər yayıb.

Məsciddə partlayışın baş verməsini Əfqanıstanın müvəqqəti hökumətindəki mədəniyyət və informasiya nazirinin müavini Zabihulla Mücahid öz "Twitter" səhifəsində təsdiq edib.

Onun sözlərinə görə, partlayış nəticəsində 33 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb.

"Bu gün günorta saatlarında Gündüz əyalətinin İmam Sahib rayonunda məsciddə partlayış baş verdiyini öyrənmək bizi kədərləndirdi. Uşaqlar da daxil olmaqla 33 nəfər həlak olub, 43 nəfər yaralanıb. Bu cinayəti pisləyir, ölənlərə rəhmət, yaralılara isə şəfa diləyirik", - deyə Z.Mücahid bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti