...

Çavuşoğlu Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını tənqid edib

Dünya xəbərləri Materials 24 Aprel 2022 17:47 (UTC +04:00)
Çavuşoğlu Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını tənqid edib

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı açıqlamalarını tənqid edib.

Trend-in məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

"Bəzi Qərb liderləri son günlər “soyqırım” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırım” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir", - deyə M.Çavuşoğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti