...

Makron Fransada keçirilən prezident seçkilərində qalib gəlib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 25 Aprel 2022 03:29 (UTC +04:00)
Makron Fransada keçirilən prezident seçkilərində qalib gəlib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Fransada keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 100 faizi hesablanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlkumata əsasən, səslərin hesablanmasından sonra Emmanuel Makron 58,55 faiz, Marin Le Pen isə 41,45 faiz səs toplayıb.

XXX

23:24

Fransada keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 42 faizinin hesablanmasından sonra Emmanuel Makron 51,29 faiz, Marin Le Pen isə 48,71 faiz səs toplayıb.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

XXX

22:27

Fransanın hazırkı prezidenti Emmanuel Makron, ilkin məlumatlara görə, prezident seçkilərinin ikinci turunda qalib gəlir.

Trend "BFM" telekanalına istinadən xəbər verir ki, E.Makron 57,6 faiz səs toplayıb. Onun rəqibi Marin Le Pen isə 42,4 faiz səs toplaya bilib.

Yaxın zamanda hər iki siyasətçinin səsvermənin nəticələri ilə bağlı açıqlamalar verəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti