...

Makron ikinci dəfə prezident seçildikdən sonra ilk telefon danışığını aparıb

Dünya xəbərləri Materials 25 Aprel 2022 01:50 (UTC +04:00)
Makron ikinci dəfə prezident seçildikdən sonra ilk telefon danışığını aparıb

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsla yenidən prezident seçildikdən sonra ilk telefon danışığını aparıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Agentlik bildirir ki, Almaniya kansleri E.Makronu yenidən seçilməsi münasibətilə təbrik etmək üçün zəng edib və qeyd edib ki, "bu, Fransa-Almaniya dostluğunun sübutu olan ilk telefon zəngidir".

Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu başa çatıb. Ölkənin Daxili İşlər Nazirliyinin ilkin məlumatlarına görə, bülletenlərin 80 faizinin hesablanmasından sonra E.Makron 54,81 faiz, M.Le Pen isə 45,19 faiz səs toplayıb. Le Pen Makrona zəng edərək seçkilərdə məğlub olduğunu etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti