...

Parisin mərkəzində polislər avtomobilə atəş açıb, ölənlər var

Dünya xəbərləri Materials 25 Aprel 2022 03:28 (UTC +04:00)
Parisin mərkəzində polislər avtomobilə atəş açıb, ölənlər var

Bakı. Trend:

Fransanın paytaxtı Parisin mərkəzində polislər avtomobilə atəş açıb.

Trend xəbər verir ki, insident Pon-Nef körpüsündə baş verib. Sürücü polislər tələbi ilə avtomobili saxlasa da, daha sonra yoxlama zamanı qəfil avtomobili polislərin üzərinə sürüb.

Polislərdən biri özünümüdafiə məqsədi ilə atəş açmaq məcburiyyətində qalıb. İnsident nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti