...

Tayvan sahillərində 4,7 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 Aprel 2022 05:46 (UTC +04:00)
Tayvan sahillərində 4,7 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Tayvanın şərq sahillərində 4,7 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə adanın seysmoloji sidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Taydun şəhərindən 70 km şimal-şərqdə, ocağı isə 29,4 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Hualien, Taydun və Zhanghua əyalətlərində hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

23 milyondan çox əhalisi olan Tayvan Sakit Okeanda iki tektonik plitə - Filippin və Avrasiya plitələrinin qovşağında yerləşir. Adanın şərq hissəsi Asiyanın seysmik cəhətdən ən təhlükəli zonalarından biri hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti