...

Meksikada gizli at yarışları zamanı 11 nəfər güllələnib

Dünya xəbərləri Materials 26 Aprel 2022 07:28 (UTC +04:00)
Meksikada gizli at yarışları zamanı 11 nəfər güllələnib

Bakı. Trend:

Meksikanın Çihuahua ştatında keçirilən gizli at yarışında atışmada 11 nəfər həlak olub.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, zərərçəkənlərin beşinin yerindəcə, qalanlarının isə xəstəxanalara aparılarkən yolda dünyasını dəyişdiyi bildirilir.

Ştatının təhlükəsizlik naziri Gilberto Loya Çavesin sözlərinə görə, hücumun səbəbi məlum deyil.

Hazırda Meksika polisi yarışların niyə gizli keçirildiyini anlamağa çalışır, belə ki at yarışları ölkə qanunları ilə qadağan olunmur.

İlkin ehtimallara görə, ölənlər və atəş açanlar yerli cinayətkar dəstələrin üzvləri olub. Hadisə yerində odlu silah, xeyli sursat tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti