...

Moskvada Putinlə BMT Baş katibinin görüşü olub

Dünya xəbərləri Materials 26 Aprel 2022 20:56 (UTC +04:00)
Moskvada Putinlə BMT Baş katibinin görüşü olub

Bakı. Trend:

Moskvada Rusiya Prezidenti Vladimir Putin və BMT-nin Baş katibi Antonio Quterreş arasında görüş keçirilib.

Trend xəbər verir ki, Kremlin məlumatına görə, tərəflər Ukrayna böhranını, o cümlədən Mariupol və “Azovstal”da vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, sonuncu dəfə BMT-nin Baş katibi Moskvaya ötən ilin mayında gəlib. Budəfəki səfərindən əvvəl o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti