...

Avstriya Rusiya qazını rublla almağa razılıq verib

Dünya xəbərləri Materials 27 Aprel 2022 11:55 (UTC +04:00)
Avstriya Rusiya qazını rublla almağa razılıq verib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avstriya Rusiyadan nəql olunan qazın rublla ödənişinə razılıq verib.

Trend-in məlumatına görə, bunu Avstriya kansleri Karl Nehammer deyib.

"Bizim OMV neft-qaz şirkəti ödəniş şərtlərini qəbul edib. Bu şərtlər sanksiya şərtlərinə uyğun hesab edilib. Bizim üçün bu, çox vacibdir", - deyə kansler bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın "Qazprom" şirkəti rublla ödəniş etmədikləri üçün Polşa və Bolqarıstana qaz nəqlini dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti