...

Zelenski Makronla müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Dünya xəbərləri Materials 30 Aprel 2022 19:17 (UTC +04:00)
Zelenski Makronla müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə V.Zelenski özünün "Twitter" səhifəsində yazıb.

"Fransa Prezidenti Emmanuel Makronla dialoqu davam etdirdim. Biz müdafiə sahəsində əməkdaşlıqdan, Ukraynanın Aİ-yə üzvlük yolunda qarşılıqlı fəaliyyətdən danışdıq. Humanitar yardıma, Ukrayna hərbçilərini müalicə etməyə hazır olduqlarına görə minnətdaram", - deyə Ukrayna Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti