...

Serbiya koronavirusla bağlı ölkəyə giriş məhdudiyyətlərini ləğv edib

Dünya xəbərləri Materials 4 May 2022 01:37 (UTC +04:00)
Serbiya koronavirusla bağlı ölkəyə giriş məhdudiyyətlərini ləğv edib

Bakı. Trend:

Serbiyada ölkə vətəndaşları və xarici turistlər üçün ölkəyə girişlə bağlı bütün anti-COVID məhdudiyyətləri ləğv edilib.

Trend xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, artıq ölkəyə daxil olan vətəndaşlarından, o cümlədən xarici ölkə vətəndaşlarından, COVİD-19-la bağlı hər hansı sənəd təqdim etmək lazım olmayacaq. Bunlar koronavirus testi, xəstəliyə ypluxaraq sağalma haqqında arayış və ya peyvən olunma haqqında şəhadətnamədir.

Qeyd olunub ki, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar ölkədəki “mövcud epidemioloji vəziyyətə əsasən” qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti