...

ABŞ Çinlə rəqabətdə texnoloji üstünlüyə nail olmalıdır - Bayden

Dünya xəbərləri Materials 4 May 2022 04:25 (UTC +04:00)
ABŞ Çinlə rəqabətdə texnoloji üstünlüyə nail olmalıdır - Bayden

Bakı. Trend:

Vaşinqtonun digər ölkələrlə, xüsusən də Çinlə rəqabətdə mövqeyini gücləndirmək üçün texnoloji üstünlük əldə etməsi lazımdır.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden "Lockheed Martin" şirkətinin Alabama ştatındakı zavodunun işçiləri ilə görüşdə bildirib.

O, ABŞ-ın digər ölkələrlə, xüsusən də Çinlə rəqabət baxımından texnoloji sahədə güclü mövqedə olmasını təmin etmək niyyətində olduöunu vurğulayıb.

"35 il əvvəl ABŞ ÜDM-nin 2%-ni tədqiqat və inkişafa sərmayə qoyurdu. İndi biz bunun yalnız yarısını yatırırıq. Administrasiyam bu vəziyyəti düzəltməkdə qərarlırdı. ABŞ Konqresini ölkədə yarımkeçirici istehsalının inkişafı üçün büdcədən 52 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini tezliklə qəbul etməyə çağırıram", - C. Bayden vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti