...

ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,5 faiz artırıb

Dünya xəbərləri Materials 4 May 2022 22:45 (UTC +04:00)
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,5 faiz artırıb

Bakı. Trend:

ABŞ-ın mərkəzi bankı fuksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) ilk dəfə olaraq baza faiz dərəcəsini - 0,5 faiz artıraraq 0,75-1 faizə çatdırıb.

Trend-in məlumatına görə, bu barədə tənzimləyicinin açıqlamasında bildirilib.

"[Açıq Bazar Əməliyyatları] Komitəsi pul və kredit siyasətinin müvafiq sərtləşdirilməsi ilə inflyasiyanın 2%-lik hədəfinə qayıdacağını və əmək bazarının güclü qalacağını gözləyir. Bu məqsədlərə dəstək olaraq, FOMC federal fondlar dərəcəsi üçün hədəf diapazonunu 0,75-1 faiz qaldırmaq qərarına gəldi və hədəf diapazonunda daha da artımların uyğun olacağını gözləyir", - deyə qeyd olunub.

Həmçinin, iyunun 1-dən etibarən FED aktivlərin azaldılmasına başlamaq niyyətindədir ki, bu da ayda 47,5 milyard dollardan başlayacaq. Burada Xəzinədarlıq qiymətli kağızlarındakı aktivlər 30 milyard dollar, daşınmaz əmlak ipotekasında isə 17,5 milyard dollar azalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti