...

Kolumbiya hakimiyyəti "Körfəz Klanı" narkotik kartelinin liderini ABŞ-a təhvil verib

Dünya xəbərləri Materials 5 May 2022 05:58 (UTC +04:00)
Kolumbiya hakimiyyəti "Körfəz Klanı" narkotik kartelinin liderini ABŞ-a təhvil verib

Bakı. Trend:

Kolumbiya hakimiyyəti "Körfəz Klanı" narkotik kartelinin lideri Otonyel ləqəbli Dayro Usuqunu ABŞ-a ekstradisiya edib.

Trend-in məlumatına görə, bu barədə Kolumbiya prezidenti İvan Duke bildirib.

"Sizə bildirmək istəyirəm ki, Otonyel ləqəbli Dayro Antonio Usuqa ekstradisiya edilib", - deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, D.Usuqa "yalnız Pablo Eskobarla müqayisə edilə bilən cinayətkardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti