...

OPEC+ neft hasilatını artırmaq qərarı alıb

Dünya xəbərləri Materials 5 May 2022 16:19 (UTC +04:00)
OPEC+ neft hasilatını artırmaq qərarı alıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

OPEC+ ölkələri iyun ayında neft hasilatı həcmini 432 min barel/sutka artırmaq barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə qərar OPEC+ monitorinq komitəsinin bugünkü iclasında verilib.

Qeyd edək ki, OPEC+ ölkələri 2021-ci ilin avqustundan etibarən aylıq neft hasilatını 400 min barel/sutka artırmaq qərarına gəlmişdi.

Bu ilin mart ayında keçirilən iclasda isə may ayından etibarən hasilatın 432 min barel/sutka artırılması qərara alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti