...

ABŞ Şimali Koreyanın növbəti nüvə sınaqlarının mümkün vaxtını açıqlayıb

Dünya xəbərləri Materials 6 May 2022 23:19 (UTC +04:00)
ABŞ Şimali Koreyanın növbəti nüvə sınaqlarının mümkün vaxtını açıqlayıb

Bakı. Trend:

Şimalı Koreya artıq may ayında növbəti nüvə sınaqlarını keçirə bilər.

Trend "TASS"-a istinadla xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsinin müavini Calin Porter deyib.

Onun sözlərinə görə, bu artıq yeddinci nüvə sınağı olacaq.

"Birləşmiş Ştatlar hesab edir ki, KXDR Pungeridəki sınaq poliqonunu hazırlayır və bu ayın əvvəlində artıq sınaqlara hazır ola bilər", - C. Porter qeyd edib.

ABŞ Dövlət Departamentinin rəsmisi əlavə edib ki, müvafiq məlumat artıq müttəfiqlər və tərəfdaşlara çatdırılıb, hazırda onlarla əlaqəli fəaliyyət davam edir.

"ABŞ prezidentinin mayın sonuna planlaşdırılan Yaponiya və Cənubi Koreya səfəri KXDR-in hərəkətləri fonunda müttəfiqlərlə koordinasiyanın gücləndirilməsinə həsr olunacaq", - rəsmi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti