...

"Apple"-in istehsal etdiyi ilk kompüter hərraca çıxarılıb

Dünya xəbərləri Materials 7 May 2022 01:28 (UTC +04:00)
"Apple"-in istehsal etdiyi ilk kompüter hərraca çıxarılıb

Bakı. Trend:

"Apple" şirkətinin istehsal etdiyi ilk kompüter hərraca çıxarılıb.

Trend xairic KİV-ə istinadla xəbər verir ki, cihazın üzərində şirkətin həmtəsisçi və keçmiş baş direktoru Stiv Cobsun avtoqrafı var.

Bundan əlavə, kompüter "Apple" həmtəsisçiləri Stiv Voznyak və Ronald Ueyn tərəfindən yazılmış orijinal təlimatın reproduksiyası ilə birlikdə satılır.

Cihazın işlək olub-olmaması barədə məlumat verilmir, lakin dəstə orjinal monitor, Datanetics klaviaturası, müasir kaset interfeysi, enerji təchizatı və kabellər daxildir.

Bu gün belə fərdi kompüterlər kollekksionerlər üçün maraqlı ola bilər. İşlək vəziyyətdə olan cihazın qiyməti 700 min dollara çata bilər.

Kompüterin hərracda başlanğıc qiyməti 250 min dollardır, lakin ilkin hesablamalara görə, sihaz milyonlarla dollara satıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti