...

NATO-nun baş katibi koronavirusa yoluxub

Dünya xəbərləri Materials 11 May 2022 01:21 (UTC +04:00)
NATO-nun baş katibi koronavirusa yoluxub

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi Oana Lungesku özünün "Twitter" səhifəsində yazıb.

"NATO-nun baş katibi Yens Stoltenberqin COVID-19 testinin nəticəsi müsbət çıxıb", - deyə O.Lungesku bildirib.

Onun sözlərinə görə, Y.Stoltenberq xəstəliyi yüngül formada keçirir və məsafədən işini davam etdirəcək.

NATO-nun nümayəndəsi əlavə edib ki, Y.Stoltenberq koronavirusa qarşı tam peyvənd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti