...

Dünya Bankının rəhbəri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 11 May 2022 22:13 (UTC +04:00)
Dünya Bankının rəhbəri koronavirusa yoluxub

Bakı. Trend:

Dünya Bankının (DB) prezidenti Devid Malpasın COVID-19 testi müsbət çıxıb.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə D.Malpasın bankın əməkdaşlarına ünvanladığı məktubda deyilir.

Məlumata görə, DB rəhbərində koronavirusun yüngül simptomları müşahidə olunur və o, özünütəcrid qaydalarına uyğun olaraq, fəaliyyətini evdən davam etdirir.

66 yaşlı Devid Malpasın tam peyvənd kursunu qəbul etdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti