...

ABŞ milli təhlükəsizliyinə təhdid yaranarsa Əfqanıstana zərbə endirməyə hazırdır

Dünya xəbərləri Materials 12 May 2022 05:06 (UTC +04:00)
ABŞ milli təhlükəsizliyinə təhdid yaranarsa Əfqanıstana zərbə endirməyə hazırdır

Bakı. Trend:

ABŞ Əfqanıstanda milli təhlükəsizliyinə təhlükə aşkar edərsə, bu ölkəyə zərbə endirməyə hazır olacaq.

Trend "TASS"a istinadla xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millli bildirib.

"Biz müşahidə aparırıq. Bunun necə, hansı formada, hansı mexanizmlərin köməyi ilə aparıldığının təfərrüatlarına varmayacağam. Əfqanıstan torpağından təhlükənin gəldiyini görsək, müvafiq əməliyyatları keçirmək üçün imkanlarımız var", - amerikalı general bildirib.

Onun sözlərinə görə, Vaşinqton Əfqanıstanın terrorçular tərəfindən ABŞ-ın kontinental hissəsinə zərbə endirəcəyi platformaya çevrilməyəcəyini təmin etmək məqsədinə sadiq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti