...

Şİmali Koreyada koronavirusdan ölənlərin sayı durmadan artır

Dünya xəbərləri Materials 15 May 2022 04:47 (UTC +04:00)
Şİmali Koreyada koronavirusdan ölənlərin sayı durmadan artır

Bakı. Trend:

Ötən sutka ərzində Şimali Koreyada daha 15 nəfər koronavirusdan dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barıədə Cənubi Koreyanən "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Vurğulanır ki, bununlada koronavirusdan ölənlərin sayı 42 nəfərə çatıb.

Nəşr qeyd edir ki, Şimali Koreya səhiyyə orqanları COVID-19-u test emək və aşkar etmək üçün avadanlığın olmaması səbəbindən koronavirusa yoluxanları "qızdırmalı xəstə" adlandırırlar.

Aprelin sonundan indiyədək belə xəstələrin ümumi sayı 820 620 nəfər təşkil edib, onlardan 324 000 nəfəri hələ də müalicə alır, 496 000 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti