...

Səudiyyə Ərəbistanı və Argentina "BRICS" formatına qoşulmaqda maraqlı olduqlarını bildiriblər

Dünya xəbərləri Materials 27 May 2022 01:43 (UTC +04:00)
Səudiyyə Ərəbistanı və Argentina "BRICS" formatına qoşulmaqda maraqlı olduqlarını bildiriblər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı və Argentina "BRICS" formatına (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaqda maraqlı olduqlarını bildiriblər.

Trend xəbər verir ki, bunu "RT Arabic" telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Səudiyyə Ərəbistanı və xarici işlər naziri Santyaqo Kafiero vasitəsilə BRICS-in tamhüquqlu üzvü olmaq istədiyini bəyan edən Argentina buna (BRICS "beşliyinə" - red.) maraq göstərir", - deyə S.Lavrov bildirib.

Onun sözlərinə görə, hazırda bu "beşliyin" növbəti sammiti hazırlanır. "Onun çərçivəsində onlarla inkişaf etməkdə olan dövlətin iştirak edəcəyi “outriç” formatı yaradılacaq", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti