...

Makron silah istehsalını sürətləndirməyə çağırıb

Dünya xəbərləri Materials 4 İyun 2022 03:02 (UTC +04:00)
Makron silah istehsalını sürətləndirməyə çağırıb

Bakı. Trend:

Fransanın sənaye şirkətləri ölkənin maraqları naminə silah istehsalını sürətləndirməlidirlər.

Trend "BFM" telekanalına istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

"Mən sənayeçilərimizdən xahiş etdim ki, ehtiyatlarımızı artırmaq və müstəqilliyimizi möhkəmləndirmək üçün silah istehsalını sürətləndirsinlər", - deyə E.Makron bildirib.

Ukrayna ətrafında yaranmış vəziyyətdən danışan E.Makron Fransanın vasitəçi rolunu oynamalı olduğuna əmin olduğunu bildirib.

"Əminəm ki, Fransanın rolu vasitəçi olmaqdır", - deyə Fransa prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti