...

Boris Conson barəsində etimad səsverməsi keçirilə bilər

Dünya xəbərləri Materials 6 İyun 2022 10:33 (UTC +04:00)
Boris Conson barəsində etimad səsverməsi keçirilə bilər
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Boris Conson barəsində etimad səsverməsi proseduru iyunun 6-da işə salına bilər.

Trend-in məlumatına görə, bu barədə Britaniya mətbatı yazır.

Qeyd olunur ki, bu barədə hakim Mühafizəkar partiyasının parlament qrupunun açıqlama verəcəyi gözlənilir.

Etimad səsverməsinin baş tutması üçün Mühafizəkar partiyasından 54 nəfər deputatın baş nazirin istefasını tələb etməsi kifayət edir.

Xatırladaq ki, baş nazir B.Conson koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan sərt qapanma zamanı ziyafətlər təşkil etməkdə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti