...

Şanxayda iki gün ərzində 30 milyona yaxın sakin koronavirus testi verib

Dünya xəbərləri Materials 13 İyun 2022 19:13 (UTC +04:00)
Şanxayda iki gün ərzində 30 milyona yaxın sakin koronavirus testi verib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Şanxay şəhərində iyunun 11-12-də 29,9 milyondan çox sakin koronavirus əleyhinə test verib.

Trend-in məlumatına görə, bu barədə şəhər rəhbərliyi mətbuat konfransı zamanı bildirib.

Bu müddət ərzində şəhərdə 66 yeni yoluxma qeydə alınıb ki, onlardan 45 nəfəri simptomsuz daşıyıcı olub.

Qeyd edək ki, Şanxayın bəzi rayonlarında martın sonlarından etibarən sərt qapanma tətbiq olunur. Şəhər rəhbərliyi yoluxma saylarının müəyyən edilməsi üçün ayrı-ayrı rayon və məhəllələrdə kütləvi testlər keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti