...

ABŞ-ın paytaxtında atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Dünya xəbərləri Materials 20 İyun 2022 07:25 (UTC +04:00)
ABŞ-ın paytaxtında atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. Trend:

Bazar günü gecə saatlarında Vaşinqtonda (Kolumbiya dairəsi) atışma nəticəsində bir yeniyetmə ölüb, biri polis məmuru olmaqla üç nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Atışma səhərin şimal-qərbində 14-cü və U küçələrinin yaxınlığında, mağazalar, restoranlar və barların olduğu ərazidə baş verib.

Yerli polisin məlumatına görə, 15 yaşlı oğlan aldığı güllə yaraları nəticəsində hadisə yerində ölüb, daha üç nəfər yaralanıb. Onlardan biri polis zabitidir.

Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti