...

Mask "Tesla"nın zavodnlarına görə milayrdalrla dollar itirdiyini açıqlayıb

Dünya xəbərləri Materials 23 İyun 2022 03:59 (UTC +04:00)
Mask "Tesla"nın zavodnlarına görə milayrdalrla dollar itirdiyini açıqlayıb

Bakı. Trend:

Elektrikli avtomobil istehsalçısı "Tesla"-nın Almaniya və Texasdakı fabrikləri 'milyardlarla dollar' itki verir.

Trend xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask bildirib.

Onun sözlərinə görə, "Tesla"-nın Texasdakı zavodu yeni akkumulyatorlarının istehsalını sürətləndirməni əngəlləyən problemlərə görə az sayda avtomobil istehsal edir. Onun sözlərinə görə, hazırda bütün dünyada təchizat zəncirinin pozulması da zavodların fəaliyyətinə mənfi təsir göstərir.

İlon Mask həmçinin Şanxayda koronavirusla bağlı qapanmaları çox çətin vəziyyət adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti