...

İranda zəlzələ nəticəsində bir kənd tamamilə dağılıb (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 2 İyul 2022 12:20 (UTC +04:00)
İranda zəlzələ nəticəsində bir kənd tamamilə dağılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Ötən gecə İranın cənubunda yerləşən Hörmüzqan vilayətində davamlı zəlzələlər nəticəsində Bəndər Lenge rayonunda Sayexoş kəndi tamamilə dağılıb.

Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin valisi Mehdi Dusti deyib.

M.Dustinin sözlərinə görə, hazırda əhalinin müvəqqəti olaraq böyük çadırlarda yerləşdirilməsi üzrə işlər aparılır.

Dusti əlavə edib ki, gələn bir neçə ay ərzində kəndin bərpası ciddi şəkildə addımlar atılmalıdır.

Hörmüzqan valisi qeyd edib ki, zəlzələ nəticəsində 49 nəfər yaralanıb. Onların yarısı müalicə olunaraq evə buraxılıb. Hazırda vilayətdə 8 ədəd təcili yardım maşını, 2 helikopter yardım edir.

Qeyd edək ki, ötən gecə yerli vaxtla 2:02 radələrində İranın Hörmüzqan vilayətinin Bəndər Lenge rayonunda 6,1 bal gücündə zəlzələ baş verib və 28 afterşok qeydə alınıb. Zəlzələ nəticəsində 5 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti