...

Fransada terrorçuluğa yardım göstərənlərə qarşı ittiham irəli sürülüb

Dünya xəbərləri Materials 2 İyul 2022 19:18 (UTC +04:00)
Fransada terrorçuluğa yardım göstərənlərə qarşı ittiham irəli sürülüb

Bakı. Trend:

Paris məhkəməsi terrorçuluğa yardım göstərməkdə şübhəli bilinən üç nəfərə qarşı ittiham irəli sürülüb.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi xəbər verib.

Məlumata əsasən, bu şəxslər Suriya-İraq zonasında olan terrorçuya maddi-texniki və maliyyə yardımı göstərməkdə şübhəli bilinirlər.

Şübhəli bilinən şəxslərin tutulması əməliyyatı Fransanın Reyms şəhərində Daxili Təhlükəsizlik Baş İdarəsi əməkdaşları və RAID xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti