...

Argentinada altı aylıq uşaqlar koronavirusa qarşı peyvən ediləcək

Dünya xəbərləri Materials 9 İyul 2022 08:12 (UTC +04:00)
Argentinada altı aylıq uşaqlar koronavirusa qarşı peyvən ediləcək

Bakı. Trend:

Argentinanın Səhiyyə Nazirliyi altı aylıq uşaqlar üçün koronavirusa qarşı peyvənd kampaniyasını genişləndirəcək.

Trend xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib.

"Milli tənzimləyici qismində çıxış edən Milli Dərman, Qida məhsulları və Texnologiyalara Nəzarət üzrə Milli İdarədən istifadə tövsiyəsini aldıqdan sonra Səhiyyə Nazirliyi yaşı altı aydan yuxarı olan uşaqları COVID-19-a qarşı peyvənd etməyə başlayacaq", - deyə açıqlamada deyilir.

Xatırladaq ki, daha əvvəl Argentinada 3 yaşdan yuxarı uşaqları koronavirusa qarşı peyvənd edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti