...

Belarusda illik inflyasiya 17,6 faizədək sürətlənib

Dünya xəbərləri Materials 11 İyul 2022 20:48 (UTC +04:00)
Belarusda illik inflyasiya 17,6 faizədək sürətlənib

Bakı. Trend:

İyun ayında Belarusda istehlak qiymətləri may ayı ilə müqayisədə 1,1 faiz, 2021-ci ilin iyun ayı ilə müqayisədə isə 17,6 faiz artıb.

Trend xəbər verir ki, bu barədə Belarusun Milli Statistika Komitəsindən (Belstat) bildiriblər.

Belstatın məlumatına əsasən, iyun ayında ərzaq məhsullarının qiymətləri 0,7 faiz (il ərzində 19,6 faiz), qeyri-ərzaq məhsullarının qiymətləri 1,5 faiz (il ərzində 19,7 faiz), xidmətlərin qiymətləri 1,3 faiz (il ərzində 11,3 faiz) bahalaşıb.

2021-ci ildə inflyasiya 9,97 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti