...

Latviya prezidenti hərbi xərclərin artırılmasının mümkünlüyünü istisna etmir

Dünya xəbərləri Materials 12 İyul 2022 02:41 (UTC +04:00)
Latviya prezidenti hərbi xərclərin artırılmasının mümkünlüyünü istisna etmir

Bakı. Trend:

Latviya müdafiə xərclərini artıra bilər, çünki planlaşdırılan 2,5 faiz kifayət etməyə bilər.

Trend xəbər verir ki, bunu "Reuters" agentliyinə Latviyanın prezidenti Egils Levits deyib.

"Bu gün təhlükəsizlik bizim siyasətimizin prioritetidir. ÜDM-in 2,5 faizi artıq ayrılıb, lakin bu kifayət etməyə bilər və biz buna hazır olmalıyıq", - deyə E.Levits bildirib.

Bundan əlavə, Latviyanın dövlət başçısı hərbi xidmətə çağırışın bütün ölkə vətəndaşlarına, o cümlədən qadınlara şamil edilməsini təklif edib.

"Düşünürəm ki, bu məsələdə bərabərlik olmalıdır, mən cinsindən asılı olmayaraq, müəyyən yaşda olan bütün Latviya vətəndaşları üçün hərbi çağırışın tətbiqi ideyasını dəstəkləyirəm", - deyə E.Levits əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti