...

BMT TŞ Suriyaya transsərhəd yardım mexanizminin genişləndirilməsi ilə bağlı razılığa gəlib

Dünya xəbərləri Materials 11 İyul 2022 23:55 (UTC +04:00)
BMT TŞ Suriyaya transsərhəd yardım mexanizminin genişləndirilməsi ilə bağlı razılığa gəlib

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Suriyaya transsərhəd yardım mexanizminin uzadılması barədə razılığa gəlib.

Trend xəbər verir ki, bu barədə "TASS"a Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

"Razılıq indicə əldə olunub. Səsvermənin nə vaxt keçiriləcəyi hələ bəlli deyil - ya bu gecə, ya da sabah səhər. İclas hələ təyin olunmayıb. Layihəmiz əslində kiçik dəyişikliklərlə qəbul edilib. Altı ay üstəgəl qətnamə ilə altı ay uzadılması nəzərdə tutulur", - deyə D.Poluanski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti