...

Dünyada bir həftə ərzində koronavirusa yoluxma hallarının sayı 6 faiz artıb - ÜST

Dünya xəbərləri Materials 13 İyul 2022 23:30 (UTC +04:00)
Dünyada bir həftə ərzində koronavirusa yoluxma hallarının sayı 6 faiz artıb - ÜST

Bakı. Trend:

Son bir həftə ərzində dünyada 5,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 10 minə yaxın insan isə koronavirusdan ölüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 6 faiz artıb, ölüm hallarının sayı isə 2 faiz azalıb.

"İyulun 4-dən 10-dək koronavirusa 5 776 242 nəfər yoluxub, 9 872 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 6 faiz artıb, ölüm hallarının sayı isə 2 faiz azalıb", - deyə bülletendə bildirilir.

Qeyd edək ki, iyulun 12-si üçün koronavirusa yoluxanların sayı 554 290 112 nəfərə, ölənlərin sayı isə 6 351 801 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti