...

İranda 5 234 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Dünya xəbərləri Materials 14 İyul 2022 15:01 (UTC +04:00)
İranda 5 234 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ötən sutka ərzində 5 234 nəfər koronavirusa (COVID-19) yoluxub, 8 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 464 nəfər, yoluxanların sayı isə 7,26 milyondan çoxdur. Virus daşıyıcılarından 413 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,06 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 151 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 28,1 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti