...

İspaniyada iki gün ərzində 43 nəfər istidən ölüb

Dünya xəbərləri Materials 15 İyul 2022 17:04 (UTC +04:00)
İspaniyada iki gün ərzində 43 nəfər istidən ölüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada şiddətli istilərlə əlaqədar iki gün ərzində 43 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə İnstitutu bildirib.

Qeyd olunub ki, ölüm halları, əsasən, iyulun 10-11-də qeydə alınıb. Həyatını itirənlərin böyük əksəriyyətinin 75 yaşdan yuxarı şəxslərin olduğu deyilir.

İyun ayı ərzində İspaniyada istidən ölənlərin sayı 829 nəfər təşkil edib. İyul ayında isə bu günədək 111 nəfərin ölümü qeydə alınıb.

Qeyd edək ki, son günlər bütün İspaniya ərazisində şiddətli istilər hökm sürür. Ölkənin bəzi yerlərində temperatur 45 dərəcəyədək çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti