...

NATO ölkələrinin yarısı Finlandiya və İsveçin alyansa qoşulmasını ratifikasiya edib

Dünya xəbərləri Materials 15 İyul 2022 22:44 (UTC +04:00)
NATO ölkələrinin yarısı Finlandiya və İsveçin alyansa qoşulmasını ratifikasiya edib

Bakı. Trend:

Şimali Atlantika Alyansına (NATO) üzv olan 30 ölkədən 15-i Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolu ratifikasiya edib.

Trend xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde özünün "Twitter" səhifəsində məlumat verib.

"Bu gün NATO üzvlərinin yarısı İsveç və Finlandiyanın ərizəsini ratifikasiya edib. Ratifikasiya üçün bütün 15 (dövlətə - red.) təşəkkürlər", - siyasətçi yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti