...

ABŞ İsrailin “Dəmir Günbəz” HHM sistemini sınaqdan keçirib

Dünya xəbərləri Materials 19 İyul 2022 07:29 (UTC +04:00)
ABŞ İsrailin “Dəmir Günbəz” HHM sistemini sınaqdan keçirib

Bakı. Trend:

İsrailin "Dəmir Günbəz" kompleksi əsasında hazırlanmış ABŞ-ın "MRIC" hava hücumundan müdafiə sisteminin prototipi Nyu-Meksikodakı poliqonunda uğurla sınaqdan keçirilib.

Trend xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Məlumata əsasən, prototip "Dəmir Günbəz"in raket buraxılışı qurğusu, İsrailin "Tamir" raketləri, ABŞ Dəniz Piyadaları Korpusunun radarı və komanda mərkəzindən ibarətdir.

"İlk sınaq zamanı "MRIC" müxtəlif istiqamətlərdən və müxtəlif traektoriyalardan qanadlı raketləri imitasiya edən eyni vaxtda buraxılan bir neçə hədəfi vurdu", - deyə məlumat bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti