...

İsveçin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya xəbərləri Materials 23 İyul 2022 20:03 (UTC +04:00)
İsveçin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Bakı. Trend:

İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Göteborq şəhərində terrorizmin təbliğatı ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.“Üçlü Memorandum”da göstərilən öhdəliklər fonunda cinayətkarların müəyyən ediləcəyi, lazımi hüquqi tədbirlərin görüləcəyi, konkret addımların atılacağı ilə bağlı gözləntilər vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti