...

Tenerifedə meşə yanğını səbəbilə 600-ə yaxın insan təxliyə edilib

Dünya xəbərləri Materials 24 İyul 2022 15:01 (UTC +04:00)
Tenerifedə meşə yanğını səbəbilə 600-ə yaxın insan təxliyə edilib

Bakı. Trend:

Tenerife adasındakı (Kanar Adaları Muxtar İcması) meşə yanğını səbəbindən təhlükəsizlik məqsədilə 600-ə yaxın insan təxliyə edilib.

Trend xəbər verir ki, bu barədə regional Təcili Yardım Xidmətinin "Twitter"dəki paylaşımında deyilir.

Məlumata əsasən, cümə axşamı başlayan yanğın artıq 2,1 min hektardan çox meşə sahəsini məhv edib. 585 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Adada hökm sürən isti hava şəraiti yanğının söndürülməsini çətinləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti