...

Bayden Si Cinpinlə telefon danışığı aparmağı planlaşdırır

Dünya xəbərləri Materials 26 İyul 2022 01:32 (UTC +04:00)
Bayden Si Cinpinlə telefon danışığı aparmağı planlaşdırır

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden bu həftə Çin Prezidenti Si Cinpinlə telefon danışığı aparmağı planlaşdırır.

Trend xəbər verir ki, C.Bayden bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bunlar mənim gözləntilərimdir, lakin hər şey razılaşdırıldıqda sizə xəbər verəcəyəm" - deyə, C.Bayden müvafiq suala cavabında bildirib.

"Bloomberg" daha əvvəl ABŞ administrasiyasının iki dövlət başçıları arasında telefon danışığının təşkili üzərində işlədiyini bildirmişdi. Daha sonra C.Bayden jurnalistlərə yaxın gələcəkdə Çin lideri ilə danışacağını gözlədiyini təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti