...

ABŞ-da meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqi müzakirə edilir

Dünya xəbərləri Materials 26 İyul 2022 08:27 (UTC +04:00)
ABŞ-da meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqi müzakirə edilir

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası ölkədə meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyədə fövqəladə vəziyyət elan etməyi düşünür.

Trend xəbər verir ki, bu barədə "The Washington Post"un məqaləsində deyilir.

"C.Baydenin administrasiyası ölkədə meymunçiçəyi xəstəliyinin ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edib-etməyəcəyini düşünür və həmçinin virusa qarşı cavab tədbirləri hazırlamaq üçün Ağ Ev koordinatoru təyin etməyi planlaşdırır", - deyə məqalədə bildirilir.

Qeyd edilir ki, ÜST şənbə günü meymunçiçəyini beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etdikdən sonra Ağ Ev liderləri səhiyyə rəsmiləri ilə virusla mübarizə üçün növbəti addımlarını müzakirə edib.

Bəzi səhiyyə rəsmiləri hesab edir ki, fövqəladə vəziyyət elan edilməsi zəruridir, çünki bu, hökumətə bürokratik baryerləri aradan qaldırmaq və virusun yayılması ilə bağlı məlumat toplamaq səlahiyyəti verə bilər.

Digərləri bu addımın əsasən simvolik olduğunu və peyvənd çatışmazlığını və müalicə çətinliklərini həll etməyəcəyini söyləyirlər.

Mənbələr bildiriblər ki, rəsmilər bu həftə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul etməyə ümid edirlər. Eyni zamanda, əlavə olaraq təxminən 800 min doza peyvəndin ayrılacağının elan edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti