...

İranda daşqın nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb

Dünya xəbərləri Materials 3 Avqust 2022 11:21 (UTC +04:00)
İranda daşqın nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən 12 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, daşqınlarda 8 nəfər itkin düşüb:

“Daşqınlarda İranın 31 vilayətindən 24-ü zərərçəkib. Hazırda ölkənin 661 bölgəsində yardım əməliyyatları davam edir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti