...

Somalidə silahlılar tərəfindən ələ keçirilən 106 nəfər xilas edilib

Dünya xəbərləri Materials 22 Avqust 2022 04:37 (UTC +04:00)
Somalidə silahlılar tərəfindən ələ keçirilən 106 nəfər xilas edilib

Bakı. Trend:

Somali təhlükəsizlik qüvvələri ölkənin paytaxtı Moqadişoda silahlılar tərəfindən ələ keçirilən "Həyat" otelindən qadın və uşaqlar da daxil olmaqla 106 nəfəri azad edib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, hücum nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Əl-Şəbab yaraqlıları binanın girişində partlayıcı ilə doldurulmuş iki avtomobili partlatdıqdan sonra otelə soxulublar.

Yerli jurnalistlərin məlumatına görə, otelin azad edilməsi əməliyyatına hücumçu pilotsuz təyyarələr cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti