...

Monteneqroda oteldə 100-ə yaxın turist zəhərlənib

Dünya xəbərləri Materials 27 Avqust 2022 22:49 (UTC +04:00)
Monteneqroda oteldə 100-ə yaxın turist zəhərlənib

Bakı. Trend:

Monteneqronun "turizm paytaxtı" Budva şəhərindəki böyük oteldə kütləvi qida zəhərlənməsi qeydə alınıb.

Trend "RTCG" telekanalına istinadən xəbər verir ki, 96 əcnəbi turist yaşadıqları oteldə yeməkdən zəhərlənib və onlardan 30 nəfəri xəstəxanaya yerləşdirilib.

"Ötən gecə saat 22:00 radələrində Kotor xəstəxanasına 30 xəstə gətirilib. Hərtərəfli diaqnostika aparılıb. Bütün xəstələr yaxşı vəziyyətdə evə buraxılıblar", - deyə xəstəxananın baş həkimi Davor Kumburiviç deyib.

Bildirilir ki, oteldə qalan Polşa, İtaliya və Xorvatiyadan olan turistlər gün ərzində kütləvi şəkildə Çetinye, Bar və Kotor şəhərlərində xəstəxanalara müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti