...

Rumıniyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Materials 28 Avqust 2022 05:28 (UTC +04:00)
Rumıniyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. Trend:

Rumıniyanın Letka Noue yaşayış məntəqəsinin yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend "Digi-24" telekanalına istinadən xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Rumıniya Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinin rəhbəri Raed Arafat qəzanın baş verməsini təsdiqləyib. "Təyyarə Letka Noue aerodromundan havaya qalxıb və bir qədər sonra insidentin şahidi bildirib ki, təyyarə yaxınlıqdakı meşəyə düşüb. Göyərtədə olan 2 nəfər qəza nəticəsində həlak olub", - deyə R.Arafat bildirib.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti