...

"SpaceX" gələn il 100 orbital buraxılışı həyata keçirməyə planlaşdırır

Dünya xəbərləri Materials 31 Avqust 2022 22:48 (UTC +04:00)
"SpaceX" gələn il 100 orbital buraxılışı həyata keçirməyə planlaşdırır

Bakı. Trend:

ABŞ-ın "SpaceX" şirkəti 2023-cü ildə Yerətrafı orbitə öz kosmik gəmisinin 100 buraxılışını həyata keçirmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə şirkətin qurucusu İlon Mask deyib.

"Bəli, gələn il 100-ə qədər buraxılışı həyata keçirmək niyyətindəyik", - deyə o öz "Twitter" səhifəsində yazıb.

Mart ayında İ.Mask deyib ki, 2022-ci ildə şirkət öz gəmilərinin orbitə təxminən 60 buraxılışını həyata keçirməyə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti